"Azərbaycanda son vaxtlar bir çox şeylər bizdən asılı olmadan dəyişilir. Vaxtilə bizim sakit, gözəl rəqslərimiz var idi. İndi baxıram, bizim rəqslər hamısı diringidir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.
"Son vaxtlar rəqslərin içərisində yallı görmürəm. Bunun haqqında düşünmək lazımdır", - deyə deputat bildirib.
Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Adil Kərimli isə bildirib ki, bu gün milli ritm və geyimlərlə bağlı milli standartlar mövcud deyil, yazılı standartlarımız yoxdur.
O bildirib ki, bir müddət sonra olanlar da itəcək: “Bilinməyəcək ki, bizim milli musiqi ritmlərimizin kodu nədən ibarətdir. Buna kənardan müdaxilələr müşahidə olunur. Bu sahədə fəaliyyətlərimizin prioritetlərindən biri də milli standartlardır. Bizim gözəl rəqslərimiz var ki, millətin xarakterini ifadə edir. Bu gün isə həmin milli rəqs ritmlərinin itmə təhlükəsi var. Çünki kənardan müdaxilələr var”.
Anar Kəlbiyev