Ağdam rayonun təxminən 25 faizi mina və partladılmamış sursatlardan təmizlənib.

"Unikal" xəbər verir ki, bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib. Onun sözlərinə görə, Ağdam rayonu üzrə ötən illər ərzində 16 mindən çox ərazi mina və partladılmamış hərbi sursatlardan təmizlənib:

“Bu ilin planına uyğun olaraq daha 10 min hektardan çox ərazi təmizlənərək aidiyyatı üzrə təhvil veriləcək", - deyə sədr qeyd edib.