"Azərbaycanda qadınların minaaxtarma əməliyyatlarına cəlb olunması ilə bağlı işlərə start verilib".
"Unikal" xəbər verir ki, bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib:
"Qadınlar ərazilərdə minaxtarma əməliyyatlarına cəlb olunması üçün bir müddət lazımdır. Seçim turu başa çatdıqdan sonra qadınlar treninqlərə cəlb ediləcəklər. Treninqlərdən sonra imtahanları verə bilən qadınlar minaaxtarma işlərinə cəlb olunacaqlar".