"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "Nərimanov" stansiyasında olan zaman baş vaqonun qapısı bağlanmadığından normativlərə uyğun texniki baxış keçirilməsi zərurəti yaranıb.
"Unikal" xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, əlavə texniki baxış tələb etdiyindən maşinist sərnişinləri düşürüb, qatar isə "Nərimanov" elektrik deposuna yola salınıb.
"Nəticədə, intervaldan əlavə bir marşrut üzrə 4 dəqiqəlik yubanma yaranıb. Həmin qatarın əvəzinə xəttə ehtiyat qatar verilib", - deyə qurum rəsmisi bildirib.