Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Naxçıvanın sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun müalicəsi başa çatıb. O, 3 aylıq müalicədən sonra həbsxanaya geri qaytarılıb.
"Unikal" Əhməd Əhmədovun xəstəxanadan çıxarıldığı anda çəkilən fotosunu əldə edib. Fotoda onun xeyli çəki itirdiyi görünür.
Qeyd edək ki, 17 il Naxçıvanın daxili işlər naziri olmuş Əhməd Əhmədov 2020-ci ildə vəzifəsindən azad edilib, həmin il Bakıda saxlanılaraq həbs edilib.
Naxçıvan Muxtar Respublika Hərbi Məhkəməsinin hökmü ilə Əhməd Əhmədov xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.
Ali Məhkəmə ötən ay Əhməd Əhmədovun kassasiya şikayəti müddətinin uzadılması ilə bağlı müraciətini təmin etməyib.
Orxan Həsənli