Türkiyənin "Trabzonspor" futbol klubunun prezidenti Əhməd Ağaoğlu istefa verib.
"Unikal" xəbər verir ki, bu barədə o, klubun rəsmi saytında açıqlayıb.
Onun sözlərinə görə, idarə heyətinin fikir ayrılıqları səbəbiylə mart ayının 2-də növbədənkənar ümumi yığıncaq keçirilib: "Əvvəlcə ümid edirəm ki, bu qərar klubumuza və ictimaiyyətimizə xeyirli olacaq. Bu gündən etibarən sağlam şəkildə konqresə hazırlaşmaq fikri ilə Trabzonspor Klublar Birliyinin sədrliyindən və bağlı şirkətlərimizdəki vəzifələrimdən istefa verdim".
Ağarza Elçinoğlu