06.03.2023-cü il tarixində saat 12:30 radələrində Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub.
Sumqayıt Tibb Mərkəzindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, həkim briqadası ünvana saat 12:37-də çatıb.
"İlkin tibbi yardım göstərildikdən sonra 1984-cü il təvəllüdlü vətəndaş saat 12:55 radələrində tibb müəssisəsinə yerləşdirilib. Ona hər iki biləyin ön səthinin kəsilmiş yarası səbəbilə zəruri tibbi xidmət göstərilib. Daha sonra vətəndaş polis əməkdaşlarının müşayiəti ilə xəstəxananı tərk edib", - deyə məlumatda qeyd olunub.
Seymur Əli
***(14:22)
Sumqayıt Apellyasiya Məhkəməsində qadın intihara cəhd edib.
"Unikal" xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb. O bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə barəsində inzibati icraat aparılan Əliyeva Günay Aqil qızı hər iki biləyini ülgüclə kəsib.
Vəkil məhkəmənin tibb məntəqəsinin işləmədiyini və təcili tibbi yardım briqadasının binaya gec gəldiyini deyib.