Azay Quliyev: "Avronest PA Ermənistanı işğalçı kimi tanıyıb"
02:39 06-04-2012
CƏMİYYƏT
Azay Quliyev: "Avronest PA Ermənistanı işğalçı kimi tanıyıb"
"Nə Ermənistan nümayəndə heyəti, nə də Avronest rəhbərliyi etiraz edə bilməyəcək..."
Avronest Parlament Assambleyasının Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitədə müzakirə olunan və Avronest Parlament Assambleyasının sessiyasında qəbul edilən qətnamə layihəsində mühüm məqam yer alıb.
Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitəsinin üzvü, millət vəkili Azay Quliyev Qətnamə layihəsində Avropa dəyərləri, Avropa Parlamenti , Avronest Parlament Assambleyasının gələcəkdə fəaliyyətini qurmaq üçün hansı əsaslar üzərində fəaliyyət göstərəcəyi, hansı sənədlərə istinad ediləcəyi əksini tapıb.
Azay Quliyev bildirib ki, qətnamə layihəsinə Azərbaycan tərəfinin təklifilə bir maddə əlavə edilib. Bu maddəyə əsasən Avronest Parlament Assambleyası Avropa Parlamentinin 20 may 2010-cu ildə qəbul etdiyi "Cənubi Qafqazda vəziyyətə dair" qətnaməsini xüsusi olaraq qeyd edir və ona istinad edir. Həmin qətnamədə Cənubi Qafqaz ölkələrinin vəziyyəti, üzləşdikləri problemlər, çətinliklər qeyd olunur: "Xüsusi hal ondan ibarətdir ki, Avropa Parlamentinin həmin qətnaməsində Dağlıq Qarabağla bağlı ayrıca yarımfəsil var. Həmin fəslə əsasən Ermənistan işğalçı dövlət kimi qəbul edilir. Azərbaycan ərazilərinin, Dağlıq Qarabağ və ətrafdakı 7 rayonun Ermənistan tərəfdən işğal edildiyi qeyd olunur. Eyni zamanda məcburi köçkünlərin qeyd-şərtsiz öz torpaqlarına qayıtmasının zəruriliyi vurğulanır, Ermənistanın buna əngəl törətməsi ilə bağlı müddəalar əksini tapır. Ermənistana çağırış edilir ki, Ermənistanın öz torpaqlarına qayıtmasına şərait yaratsın. Dağlıq Qarabağ probleminin də Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinin zəruriliyi qeyd edilir".
Digər Xəbərlər
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05
2024-11-22 16:24:00
2024-11-22 15:55:41
2024-11-22 15:54:59
2024-11-22 15:46:00
2024-11-22 14:56:00
2024-11-22 13:04:28
2024-11-22 12:51:54
2024-11-22 12:37:06
2024-11-22 12:34:00
2024-11-22 12:30:59