Martın 4-də Bakıda “Bravo” hipermarketinə edilmiş basqın zamanı silahlı şəxslərin apardığı pulun məbləği məlum olub.
"Unikal" xəbər verir ki, bu barədə DİN və Baş Prokurorluğun yaydığı birgə məlumatda qeyd edilib.
Bildirilib ki, həmin gün saat 21 radələrində yaxalanması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı Ruhlan İsmayılov polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.
Ruhlan İsmayılovun gizləndiyi mənzilə istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 ABŞ dolları (34 min 170 manat) pul aşkar edilərək götürülüb. Onlar ümumilikdə 51 min manat oğurlayıblar.
Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin bu gün yaydığı birgə məlumata görə, cinayət hadisəsi ilə əlaqədar daha 3 nəfər həbs olunub.