Avropa İttifaqı (Aİ) Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasının bütün hallarda ölüm hökmünü qadağan edən protokolunu imzalamasını təqdir edib.
"Unikal" xəbər verir ki, bunu təşkilatın Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin mətbuat katibi Peter Stano bildirib.
O qeyd edib ki, artıq Avropa Şurasının 46 üzvünün hamısı bu konvensiyanı imzalayıb.
"Azərbaycanın imzası ilə vurğulandığı kimi, dünyada ölüm cəzasının ləğvi tendensiyası mövcuddur və Aİ hələ də onu tətbiq edən bir neçə ölkədə ölüm hökmünün ləğvi üçün fəaliyyətini davam etdirəcək", - Stano bildirib.