Azərbaycanda səfərdə olan ABŞ-ın Avropa Komandanlığının planlaşdırma, strategiya və imkanlar üzrə direktor müavini, briqada generalı Edvard Voqan Şəhidlər Xiyabanını ziyarət edib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin "Twitter" hesabında məlumat verilib.
"Briqada generalı Voqan Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin xatirəsinə ehtiramını bildirib. O, münaqişə nəticəsində yaxınlarını itirən ailə və dostlara başsağlığı verib", paylaşımda qeyd olunub.