Türkiyənin zəlzələdən zərər görmüş Şanlıurfa bölgəsində sel nəticəsində ölənlərin sayı artıb.

"Unikal" xəbər verir ki, ölənlərin sayı 14-ə çatıb.

İtkin düşən beş nəfərin axtarışları davam edir.

18:13

Türkiyənin Şanlıurfa və Adıyaman vilayətində sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı 13 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

16:38

Türkiyənin zəlzələ bölgəsində güclü sel insan tələfatına səbəb olub.

"Unikal" bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir. Sel Şanlıurfada 9, Adıyamanda isə 1 nəfərin ölümünə səbəb olub. İtkin düşən 3 nəfərin axtarışları davam edir.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələlər nəticəsində ölənlərin sayı 48 448-ə yüksəlib.

***

Türkiyədə baş verən zəlzələdə zərər görən şəhərlərdə güclü yağış selə çevrilib. 

"Unikal" xəbər verir ki, sel suları Şanlıurfa və Adıyamanda daşqınlara səbəb olub, zəlzələdən zərər çəkənlərin çadırlarına dolub. Sözügedən vətəndaşlar təxliyə edilib. 

Adıyamanın Gölbaşı mahalının Tut kəndində konteynerə suyun dolması nəticəsində 5 nəfər ölüb. 4 nəfər isə itkin düşüb. 

Ağarza Elçinoğlu