Bakıda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində başlayan yanğın söndürülüb.

"Unikal" xəbər verir ki, yanğın baş verən əraziyə polis naryadı və TTY briqadası cəlb edilib, bina sakinləri təxliyə olunub.

23:57

Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.