İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbəsi qrupları İŞİD, Əl-Qaidə və HTŞ terror təşkilatlarına qarşı əməliyyat keçirib. 

"Unikal" xəbər verir ki, qruplar kəşfiyyat orqanlarından ötürülən məlumatlar və apardıqları araşdırmalar nəticəsində terror təşkilatı adından fəaliyyət göstərən şübhəlilərin ünvanlarını müəyyən edib.

İstanbulun 12 ünvanında eyni vaxtda əməliyyat keçirən qruplar 13 şübhəlini saxlayıblar.

Gülayə Mecid