"5-ci kolon"un lideri Nikol Paşinyan özüdür, ordunu məhv edən belə bir lider varsa, o lider Paşinyandır.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın keçmiş baş qərargah rəisi Movses Akopyan deyib.
Akopyan Paşinyanın mətbuat konfransında iştirak edən jurnalistlərin baş nazirə onun kimləri nəzərdə tutduğunu, o adamların niyə hələ də həbs edilmədiyini soruşmalı olduqlarını bildirib.
"Müdafiə naziri bəzi mötərizələr açdı ki, "ordumuz xarici təhriklə içəridən zəiflədilib". Görünür, onlar Paşinyanın Rusiyanı nəzərdə tutduğuna eyham vurur", - deyə general-polkovnik qeyd edib.
Onu da deyək ki, Ermənistanın baş naziri 2020-ci ildə Qarabağda müharibənin uduzulmasında beşinci kolonu günahkar hesab edib.
Ağarza Elçinoğlu