28 yaşlı dördqat Böyük Dəbilqə çempionu Naomi Osaka bu ilki Avstraliya Açıq Turnirində öz geyimi ilə diqqət çəkib.
"Unikal" xəbər verir ki, o, tokiolu dizayner Hana Yaqinin kimonosunu geyinib. Kimono yapon mərasim geyimlərindən və vintaj gəlinlik detallarından ilhamlanaraq yaradılıb. Naominin özünün də etiraf etdiyi kimi, ona ilham verən digər element "Kill Bill" filmindəki Lüsi Lyu personajının geyindiyi kimono idi.
Qələbəsindən sonra Osaka "Yapon köklərim mənim üçün çox şey ifadə edir. Uimbldonda deyirlər ki, hər şey ağ olmalıdır və mən kimono geyinməyin gözəl olacağını düşündüm", deyə açıqlama verib.




































.jpg)















