"Credit Suisse"nin Səudiyyə Milli Bankından 54 milyard dollara qədər borc alacağı məlumatından sonra, Türkiyədə dollar bahalaşıb. 

"Unikal" xəbər verir ki, gecə saatlarında verilən bu açıqlamadan sonra Asiya fond bazarında bank səhmlərinin satışı qismən dayandırılıb.

Açıqlamadan sonra dollara tələbat azalıb. Dollar indeksi gün ərzindəki zirvəsi olan 104,578-dən 104,142-yə enib. 

Türkiyədə isə günə 18.75 TL-dən başlayan dollar, hazırda 19.01 TL-dən alqı-satqı edilir. 

Ağarza Elçinoğlu