Sergey Lavrov martın 20-də Moskvada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqlar aparacaq.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Lavrov Mirzoyanla Laçın dəhlizi ətrafında vəziyyətin nizamlanması və Qarabağdakı vəziyyəti müzakirə edəcək.
"Danışıqların gündəliyində regional məsələlər, o cümlədən Laçın dəhlizi ətrafında və ümumiyyətlə, Dağlıq Qarabağda vəziyyətin nizamlanması, Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli razılaşmaların həyata keçirilməsi daxildir.
Biz gözləyirik ki, qarşıdan gələn görüş Yerevanla dialoqun keyfiyyətinin yüksəldilməsinə, eləcə də Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi istiqamətində işlərə kömək edəcək", - deyə Zaxarova qeyd edib.
Ağarza Elçinoğlu