Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanıb.
"Unikal" xəbər verir ki, 55 kq-da çıxış edən idmançı 3-cü yer uğrunda qarşılaşmada moldovalı Mihaela Samoillə üz-üzə gəlib.
Məmmədova ilk hissədən sonra hesabda geri olsa da, əzmkarlıq göstərərək yekunda inamlı qələbə qazanıb - 14:7.
Bu gün həmçinin 68 kq-dakı Nigar Mirzəzadə bürünc medal görüşünə çıxacaq. Onun rəqibi macarıstanlı Karolina Pok olacaq.
Qeyd edək ki, Avropa çempionatı martın 19-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçiləri 4 medal qazanıblar. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) isə gümüş medala sahib çıxıb.