"Birləşmiş Ştatlar Rusiyanın Qara dəniz üzərindəki hava məhdudiyyətlərinə əməl etməyəcək və kəşfiyyat məlumatlarını toplamağa davam edəcək".

"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Onun sözlərinə görə, amerikalı pilotlar bölgədə qanuni şəkildə uçurlar.

"İstədiklərini elan edə bilərlər, istədiklərini deyə bilərlər. Biz beynəlxalq hüquqa uyğun olaraq uçuşlarımızı və fəaliyyətimizi davam etdirəcəyik".

Kirbi bildirib ki, ABŞ təyyarələri beynəlxalq səviyyədə qanuni uçur .