Monteneqro prezidenti Milo Cukanoviç prezident seçkilərinə üç gün qalmış parlamenti buraxıb.

"Unikal" xəbər verir ki, prezidentin fərmanı cümə axşamı milli televiziya vasitəsilə yayılıb.

"Monteneqro Assambleyasının 27-ci çağırışı buraxılır. Fərman imzalandığı gündən qüvvəyə minir", - sənəddə deyilir.

Respublika konstitusiyasına görə, parlament seçkiləri buraxıldığı gündən ən geci 60 və 100 gündən gec olmayaraq keçirilməlidir.

Bundan əvvəl Monteneqro parlamentinin sədri Daniela Djuroviç respublikada prezident seçkilərini martın 19-na təyin edib. Konstitusiyaya görə, Monteneqro parlamentli respublikadır və dövlət başçısı əsasən nümayəndəlik funksiyalarını yerinə yetirir. Buna baxmayaraq, prezident fiquru Nazirlər Kabinetinin formalaşmasında və baş nazirin namizədliyinin irəli sürülməsində böyük əhəmiyyət kəsb edir. Monteneqro prezidenti ümumxalq səsverməsi ilə beş il müddətinə seçilir və ardıcıl iki müddətdən artıq vəzifə tuta bilməz.

Cukanoviç 1991-ci ildən müxtəlif vəzifələrdə Monteneqronun rəhbəri olub: o, beş dəfə baş nazir vəzifəsində çalışıb, həmçinin 1998-2002 və 2018-2023-cü illərdə ölkənin prezidenti olub.