UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.
"Unikal" xəbər verir ki, 8 qarşılaşmadan 4-ü artıq başa çatıb.
Türkiyənin turnirdəki yeganə təmsilçisi “Fənərbağça” İspaniyada iki cavabsız qolla məğlub olduğu “Sevilya”nı qəbul edib. Görüş İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatsa da, növbəti mərhələyə qonaqlar adlayıblar.
“Sevilya” ilə yanaşı, İngiltərənin "Mançester Yunayted", Niderlandın "Feyenoord" və İtaliyanın "Yuventus" klubları da 1/4 finala vəsiqə qazanıblar.