"2022-ci ildə qlobal geosiyasi gərginlik və Rusiya-Ukrayna müharibəsi şəraitində dünya iqtsiadiyyatında olan qeyri-müəyyənliyə baxmayaraq, Azərbaycanda iqtisadi artım davam etdirilib".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Baş nazir Əli Əsədov deyib.
Baş nazir bildirib ki, ötən il ÜDM rekord həddə çatıb:
"Belə ki, 2022-ci ildə ölkədə 133,8 milyard manatlıq ÜDM istehsal olunub. Ötən il ölkədə ictimai iqtisadi həyatın bütün sahələrində aparılan islahatlarla yadda qalıb. Hazırda ehtiyatlarımız 62,5 milyard ABŞ dollarıdır".
Anar Kəlbiyev