"Bu gün ölkədəki məscidlərin maliyyələşdirilməsində və onların bir sıra kommunal xərclərinin ödənməsində müəyyən çətinliklər var".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu kimi problemlərin həllinə çalışır, müəyyən addımlar atır: “Ancaq bu məsələnin sistemli həllinə ehtiyac var. Kimsə deyə bilər ki, din dövlətdən ayrıdır. Lakin nəzərə almaq lazımdır ki, din həm də təhlükəsizlik məsələsidir. Bu maliyyələşdirməni etməyəndə kənar qüvvələr bunu digər yolla həyata keçirməyə çalışır”.
Anar Kəlbiyev