Şirvanda hamilə qadın binanın 3-cü mərtəbəsindən yıxılıb.
"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.
Şirvan sakini, 1993-cü il təvəllüdlü Yahyazadə Aytac Rasim qızı yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb. 30 yaşlı qadın ağır vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun qəsdən özünü atdığı və ya ehtiyatsızlıqdan yıxıldığı müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.