Azərbaycana yaz fəsli daxil olub.

Şamaxı Astrofizika Rəsədxanasından "Unikal"a verilən məlumata görə, bu il yaz fəsli Azərbaycana 21 mart saat 01:24-də daxil olub.
Ətraflı

Bu zaman gecə ilə gündüz bərabərləşib. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçib.

Həmin andan etibarən şimal yarım kürəsində yaz fəsli başlayıb.