Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi Elçin Əmirbəyov Fransanın "France 24" telekanalına müsahibə verib.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva "Twitter" hesabında paylaşım edib.
Elçin Əmirbəyov müsahibəsində bildirib ki, Azərbaycan Ermənistana beynəlxalq hüquq normalarına uyğun sülh müqaviləsi təklif edib: "Əlbəttə ki, sülh müqaviləsi hazırlanarkən hər iki tərəfin suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü nəzərə alınıb".
Vitse-prezidentin köməkçisi, həmçinin Laçın dəhlizinin Azərbaycan tərəfindən bağlanmadığını da qeyd edib. O, Ermənistanın imzaladığı sənədlərin əleyhinə hərəkət etdiyini, Laçın dəhlizi ilə Qarabağa yeni silahlar, minalar və hərbçilər gətirdiyini açıqlayıb.
Ağarza Elçinoğlu
Assisstant to the First Vice-President of #Azerbaijan Mr. Elchin Amirbayov @FRANCE24 ⬇️⬇️⬇️pic.twitter.com/EPVABzOyg3
— Leyla Abdullayeva (@LAbdullayevaMFA) March 21, 2023