Gədəbəydə 38 yaşlı şəxsin meyiti tapılıb.

"Unikal"ın məlumatına görə, rayonun Slaviyanka kəndində Mingəçevir şəhər sakini olan 1985-ci il təvəllüdlü Nahid Həsənov adlı şəxsin meyti tapılıb.

Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Məlumata görə, həmin şəxs bir ay əvvəl itkin düşüb.

Tural Əhmədov