Pakistanın Kəraçi şəhərində din alim Mövlana Əbdül Qəyyum Sufi silahlı hücumda ölüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Gülüstan-ı Cevher bölgəsindəki məsciddə qıldığı səhər namazından sonra evə qayıdan Sufi motosikletli silahlı şəxslərin hücumuna məruz qalıb.
Hücum zamanı din xadimi dünyasını dəyişib. Pakistan Üləma Birliyinin üzvü olan Sufi həm də Nurani İslam Mərkəzinin sədri olub.
Hadisə ilə bağlı araşdırmaya başlayan polis, hücumun hansı səbəbdən baş verdiyi ilə bağlı hələlik heç bir məlumat paylaşmayıb.