Rumıniya parlamentinin üzvü Mihai İoan Laska ölkə hakimiyyətini Buxarestin NATO-ya üzvlüyü çərçivəsində üzərinə götürdüyü bütün öhdəlikləri pisləməyə çağırıb.
"Unikal" xəbər verir ki, o, parlamentin iclasında bildirib ki, Alyansdan çıxmaq ölkənin müharibəyə cəlb olunmamasına imkan verəcək.
"Mən ölkənin taleyinə biganə olmayan Rumıniya parlamentarilərinə müraciət edirəm ki, Rumıniyanın NATO-ya daxil olması ilə bağlı bütün beynəlxalq öhdəliklərinin denonsasiyası üçün təcili hüquqi prosedura başlasınlar”, - deyə Laska bildirib .
O, Buxarestin Aİ və NATO-ya daxil olmasını səhv adlandırıb, çünki alyansın Şərqə doğru genişlənməsini Qərbin Rusiya ilə münaqişə hazırlamaq ideyası hesab edir.
Deputat əmindir ki, Qərb strateqləri bizi tələyə salmaq üçün tarixi travmalarımızı manipulyasiya etmək və “Rusiya təhlükəsi” mifini qızışdırmaq üçün xüsusi bacarıq nümayiş etdiriblər.
O hesab edir ki, Buxarest xarici qoşunların ölkə ərazisindən çıxarılmasına və Rumıniyanı müharibəyə cəlb etməkdən çəkinəcək bitərəflik elan etməyə çalışmalıdır.