Əfqanıstan və Pakistanda baş verən zəlzələdə ölənlərin sayı 13 nəfərə çatıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Pakistanın şimal-qərbində yerləşən Hayber Paxtunxva əyalətində baş verən zəlzələ nəticəsində azı 9 nəfər ölüb.

Zəlzələnin episentrinin qonşu Əfqanıstanda olduğu qeyd edilir. Əfqanıstanın şərqindəki Laqman əyalətində ölənlərin sayı isə 4-ə yüksəlib.

***09:59

Pakistan və Əfqanıstanda baş verən güclü zəlzələdə ölənlərin sayı artıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Talibanın İctimai Səhiyyə Nazirliyinin sözçüsü Şərafət Zaman Amar azı 2 nəfərin öldüyünü, 20-yə yaxın insanın isə yaralandığını bildirib. O, insan itkisinin arta biləcəyini istisna etməyib.

Pakistanın Fövqəladə Hallar Xidmətinin sözçüsü Bilal Faizi isə ölkənin şimal-qərbində müxtəlif bölgələrdə evlərin damının uçması nəticəsində 9 nəfərin öldüyünü açıqlayıb.