Linz şəhərində Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyununda növbəti qol vurulub. 

"Unikal" xəbər verir ki, meydan sahibləri üçüncü dəfə fərqlənməyə müvəffəq olublar. 

50-ci dəqiqədə kapitan Marsel Sabitzer özünün ikinci, komandasının üçüncü qoluna imza atıb. 

Avstriya seçməsi hazırda 3:0 hesabı ilə öndədir. 

00:36

Linz şəhərində Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyununda ilk hissə başa çatıb. 

"Unikal" xəbər verir ki, meydan sahibləri fasiləyə öndə yollanıblar - 2:0.

28-ci dəqiqədə Marsel Sabitzer, bir dəqiqə sonra Mixael Qreqoritş fərqlənib. 

00:17

Linz şəhərində Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyununda iki qol vurulub.  

"Unikal" xəbər verir ki, meydan sahibləri 28 və 29-cu dəqiqələrdə fərqləniblər. 

Müvafiq olaraq kapitan Marsel Sabitzer və Mixael Qreqoritş Azərbaycan yığmasını mərkəzə dəvət edib. 

Avstriya seçməsi hazırda 2:0 hesabı ilə öndədir. 

23:54

Linz şəhərində Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyunu başlayıb. 

"Unikal" xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürüb. 

Matçı polşalı Bartoş Frankovskinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.