Yevlax şəhərinin Qoyunbinəsi kəndində Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə yanğın baş verib.

"Unikal" xəbər verir ki, hadisə nəticəsində 3 hektar sahədə olan kol-kos və ağaclar yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri, canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.

Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.