Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Unikal" report-a istinadən xəbər verir ki, minik avtomobilinin aşması nəticəsində rayonun Sabirabad kənd sakinləri - 2004-cü il təvəllüdlü Rəvan Babayev, 1993-cü il təvəllüdlü Ramiz İbayev və 2005-ci il təvəllüdlü Sahil Əhmədov xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.