Bir müddətdir ki, xərçəngdən əziyyət çəkən amerikalı aktrisa Rebekka Cons vəfat edib.
"Unikal" xəbər verir ki, o, 65 yaşında dünyasını dəyişib.
Bu barədə məlumatı isə keçmiş həyat yoldaşı Alexandro Kamaço sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, Rebekka “Yenidən sevmək”, “Qadağan olunmuş ehtiras”, “Qadın necə sevir?”, “Anjelika”, “Kabo” kimi seriallardakı obrazlarıyla məşhurlaşıb.