Bakı-Naxçıvan reysi ilə Naxçıvana gedən sərnişinin üzərində heroin aşkarlanıb.

"Unikal" xəbər verir ki, Naxçıvan Hava Nəqliyyatında Polis Şöbəsinin əməkdaşları əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlərlə Bakı-Naxçıvan reysi ilə Naxçıvana gələn M.Vəliyevi saxlayıblar.

Axtarış zamanı onun üzərindən narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb.