Dünyanın ən gözəl sözü elan edilib.
"Unikal" xəbər verir ki, bu söz Yeni Zelandiyadan gəlib: tələffüz etmək çətindir, eşitmək isə qeyri-adi. Lakin xüsusi beynəlxalq münsiflər heyəti onu dünyanın ən gözəl sözü - "kaytiakitanga" adlandırıb. 13 hərfli bu sözdə birbaşa tərcüməsi olmayan anlayış gizlənir.
Bu söz Yeni Zelandiyanın yerli xalqı olan maori dilindəndir. Bəşəriyyətin təbiət qarşısında məsuliyyətini, onu gələcək nəsillər üçün qorumaq çağırışını təsvir edir. Bu, sadəcə ətraf mühitin qorunmasından daha çox şey deməkdir: maori dünyagörüşünə görə, insanlar təbiətin sahibi deyil, əksinə onun bir hissəsi və qəyyumlarıdır.
Dünyanın ən gözəl sözü adı ilk dəfə təqdim olunur. Mükafat dil öyrənmə platforması Babbel tərəfindən verilib. Sözü seçmək üçün komanda sosial media və dil forumlarındakı müzakirələri təhlil edib. Dilçilərdən və mədəniyyət mütəxəssislərindən ibarət beynəlxalq münsiflər heyəti qalibi seçib. Titul uğrunda 75-dən çox dildən 223 söz yarışıb. Yalnız səs və tələffüz deyil, həm də konsepsiyanın mənası, mədəni unikallığı və dünyanın hər yerindəki insanlar üçün aktuallığı qiymətləndirilib. Finalçılar isə portuqal, yapon və digər dillərdən olan sözlər idi.
Digər finalçılar arasında portuqalca "Saudade" (dərin həsrət), yaponca "Ikigai" (həyatın mənası), uelscə "Hiraeth" (itirilmiş vətənə həsrət), zuluca "Ubuntu" (bəşəriyyət və icma) sözü və maddi şeylərə az maraq göstərən və daha çox ideyalar dünyasında yaşayan xəyalpərəst, idealist bir insan üçün nəzərdə tutulan "Luftmensch" sözü də var idi.
Nuranə Abbasova






























.jpg)












.jpg)




.jpg)





