Şəkidə istifadə olunmayan uşaq xəstəxanası yanıb.
"Unikal"ın məlumatına görə, hadisə "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun ərazisində, Mirzə Fətəli Axundzadə küçəsində yerləşən və hazırda istifadə edilməyən köhnə uşaq xəstəxanasında baş verib.
Yanğın nəticəsində binanın yanar konstruksiyaları yanıb. Yanğının ətrafda yerləşən və yaşayış olmayan digər tikililərə keçməsinin qarşısı alınıb. Hadisə yerinə FHN-nin Şəki Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib. Yanğının hansı səbəbdən baş verdiyi hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli