Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin plenar iclasında müzakirəyə çıxarılacaq. 

"Unikal" xəbər verir ki, Türkiyənin parlament partiyalarından yalnız HDP Finlandiyanın NATO üzvlüyünə qarşı çıxıb.

Finlandiyanın NATO-ya qoşulması ilə bağlı protokolun təsdiqi barədə qanun layihəsi ötən həftə Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsində müzakirə edilib.

Xalqların Demokratik Partiyası (HDP) NATO-ya yeni üzvlərin qəbul edilməsinin Avropanın daha çox silahlanmasına gətirib çıxaracağını bəyan edib.