XXI əsrin üçüncü onilliyində ən çox qol vuran futbolçuların adları müəyyənləşib.
"Unikal" xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) tərtib etdiyi siyahıda lider dəyişib.
2021-ci il yanvarın 1-dən bu günədək ən çox fərqlənən oyunçu Kilian Mbappedir.
Futbolçu “Avro-2024”ün seçmə mərhələsində Niderlandla (4:0) görüşdə dubl edərək, üç il ərzində vurduğu ümumi qol sayını 120-yə çatdırıb və “Barselona”nın forvardı Robert Levandovskini qabaqlayıb.