Azərbaycan İrəvanda keçiriləcək ağır atletika üzrə Avropa çempionatında iştirakını rəsmən təsdiqləyib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan tərəfinə bildirilib.

Ağır atletika üzrə beynəlxalq dərəcəli hakim Arayik Alaverdyanın sözlərinə görə, Azərbaycan tərəfi idmançılarının təhlükəsizliyinin tam təmin edilməsini tələb edib. 

Qeyd edək ki, İrəvanda keçiriləcək çempionatda Azərbaycanı 5 ağır atletimiz təmsil edəcək. 

Ağarza Elçinoğlu