Türkiyəli aktrisa Sitarə Akbaş başına gələn xoşagəlməz hadisə barədə danışıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa fransız aktyor tərəfindən cinsi istismara məruz qaldığını açıqlayıb:
""Feda" adlı filmimiz üçün festivala getdik Filmi izləmədən əvvəl oturarkən, fransalı aktyor təmas yoluyla mənə sataşdı. Məsul şəxslər vəziyyətə reaksiya vermədilər".