Azərbaycanlılar Ermənistanın basdırdığı minalar nəticəsində ölməkdə və şikəst olmaqda davam edir.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Tvitter hesabında bildirilib.
Qeyd edilib ki, bu gün bir hərbi qulluqçu minanın partlaması nəticəsində həlak olub. 2020-ci il müharibəsinin sonundan bəri 288 azərbaycanlı minaya düşüb, onlardan 50-si həyatınıı itirib. Beynəlxalq ictimaiyyət Ermənistanın yaratdığı mina təhlükəsindən narahatlığını ifadə etməlidir.