"Pərviz müəllim deyir ki, tariflər artmayacq. Ümidvaram ki, istəməz qiymətlər artsın. Lakin Pərviz müəllimin buna təminat vermək imkanı yoxdur".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Elektroenergetika haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib.
O bildirib ki, strateji sahələr dövlətin tam nəzarətində olmalıdır: “Elə sahələr var ki, onlar birmənalı şəkildə dövlətin nəzarətində olmalıdır: su, neft, elektroenergetika. Bu gün “Azərişıq” istehlakçıları elektrik enerjisi ilə yüksək səviyyədə təmin edir. Satışda da hər hansı bir problem yoxdur. Satır, pulunu yığır və büdcəyə vəsait ödəyir. Bu strateji sahələr dövlətin nəzarətində olmalıdır. Bu məsələdə tələsmək olmaz".
Qeyd edək ki, “Elektroenergetika haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən energetika naziri Pərviz Şahbazov bildirib ki, qanunun qəbulu qiymətlərin artması anlamına gəlməməlidir.
Anar Kəlbiyev