Bakıda əcnəbi vətəndaşın avtomobilindən pul oğurlanıb.

"Unikal" xəbər verir ki, hadisə paytaxtın Qara Qarayev prospektində qeydə alınıb.

Belə ki, Əfqanıstan vətəndaşı, 1996-cı il təvəllüdlü Mohammadi Najib Ullah Alimadad oğlu polisə ərizə ilə müraciət edərək kirayə yaşadığı evin qarşısından etibarnamə ilə idarə etdiyi “Toyota” markalı avtomobilin saxlanc yerindən 1400 manat və başqa vaxt eyni üsulla 400 manat pulunun oğurlanması barədə məlumat verib.

Hazırda müraciət üzrə araşdırma aparılır.