İsmayıllı rayonunda intihar hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, bu gün saat 16:00 radələrində rayonun Talıstan kənd sakini, 1999-cu il təvəllüdlü Musayev Məhəmməd Mütəllim oğlu yaşadığı evdə ov tüfəngindən özünə atəş açıb. Baş nahiyyəsindən güllə yarası alan Məhəmməd Musayev hadisə yerində dünyasını dəyişib. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. 24 yaşlı oğlanın özünə qəsd etməsinin səbəbi hələ ki, bilinmir. 

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şahnəzər Bəşirov