Şəmkir bazarında 45 yaşlı kişi bıçaqlanıb.
"Unikal" report-a istinadən xəbər verir ki, mübahisə zəminində 2 bıçaq xəsarəti alan, Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü E.Məmmədov xəstəxanaya aparılıb və cərrahiyyə şöbəsinə yerləşdirilib.
Qarın boşluğundan və döş qəfəsindən xəsarət alan zərərçəkmişin vəziyyəti orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxsin onun qohumu olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.