"Nəticələr ona görə belədir ki, Hesablama Palatası hazırkı reallıqlar şəraitində yalnız mümkün olanı edə bilir. Mümkün olanları edəndə də nəticə həddən artıq aşağıdır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deputat Əli Məsimli deyib.
"Dövlət maliyyəsindən istifadənin səmərəlilik dərəcəsi, bu istiqamətdə olan pozuntular istənilən Azərbaycan vətəndaşına məlumdur. Onların göstəriciləri çox aşağıdır", - deyə deputat bildirib.
Anar Kəlbiyev