"Bu, hesabat deputatlar qəliz hesabatdır. Yoxlamalar Milli Məclisə gəlir, amma rəylər bizdə yoxdur. Görək ki, bu yoxlamalar nəticələri niyə effketiv vermir? Həmin rəylərə baxaq ona uyğun görüşlər keçirək".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, elə təşkilat var ki, 2-3 ildən bir audit aparılır, nöqsanlar göstərilir, amma yerinə yetirilmir:
"Bizim ali audit orqanın nəticəliliyi çox da yüksək deyil. Büdcə qanunvericiliyində yazmısız ki, 52,2 faiz pozuntular var. Ötən il 44 faiz olub. Əgər pozuntular arta-arta gedirsə, hansı büdcə sistemindən danışmaq olar? Demək ki, sizin verdiyiniz tövsiyələr təşkilatlardan tərəfindən icra olunmur".
Anar Kəlbiyev