"Azərbaycanla birlikdə Bolqarıstana və Cənub-Şərqi Avropa ölkələrinə enerji ixracına kömək etməyə çalışırıq".
"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bolqarıstanın Şumen şəhərində iş adamları, tələbələr və ictimaiyyət nümayəndələri ilə görüşdüyü iftar proqramında çıxışı zamanı deyib:
"Biz dost və müttəfiq ölkələrə, xüsusən də TANAP boru kəmərinin gücünü artırmaqla kömək edəcəyik və birlikdə işləyirik", Çavuşoğlu əlavə edib.